Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bir neçə məmur vəzifəsini itirdi

Abunə olmaq
İdarənin digər əmrinə əsasən M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.

BAKI, 3 oktyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

Xəbər lenti
0