BAKI, 3 oktyabr — Sputnik. ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.
“Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, xəsarət alanların sayı 527 nəfərə çatıb” — deyə Lombardo bildirib.
Ötən gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Qeyd edək ki, bu faciə ABŞ tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.