BAKI, 3 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb. Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7002 manatdır.
Yeri gəlmişkən, bu gün banklararası ticarətdə dollar bahalaşıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar 0,02% dəyər qazanaraq 1.7016 manata yüksəlib. Qeyd edək ki, ötən gün terminal üzərində ticarət 1.6970 manatla başlasa da, günün sonunda 1.7011 manat məzənnəsi qeydə alınmışdı.