CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət sərhəddimiz yeni sənədə uyğun qorunacaq

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidSərhəddə tikanlı məftillər, arxiv şəkli
Sərhəddə tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanun "Sərhəd qoşunları haqqında" qanuna uyğunlaşdırılır

BAKI, 3 oktyabr — Sputnik. Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən həmin qanunun 12-ci maddəsinin üçüncü hissəsinə "və digər" sözlərindən sonra "kütləvi qırğın silahlarının," sözləri əlavə edilib.

Təklif olunan mətndə deyilir ki, şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər.

Dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi xarakteri daşıyır. Belə ki, 2017-ci il 10 tarixdə 538-VQD nömrəli qanunla "Sərhəd qoşunları haqqında" qanunda dəyişikliklər edilib. Həmin qanunla "Sərhəd qoşunları haqqında" qanunun 4-cü və 5-ci maddələrinə yeni bəndlər əlavə edilib. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanun "Sərhəd qoşunları haqqında" qanuna uyğunlaşdırılır.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0