CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Halal turizm" nədir və o, Azərbaycana nə vəd edir?

© Sputnik / Murad OrujovАрабские туристы в Баку, фото из архива
Арабские туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə istirahət mərkəzlərində ilk növbədə məscid olur, üstəlik qadınların istirahət etdiyi ərazi ilə kişilərin istirahət etdiyi məkanlar ayrıdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Dünya turizm xərclərinin 10 faizini müsəlman turistlər reallaşdırır. "Müsəlman Alış-veriş Turizmi İndeksi"nə görə, ötən il müsəlman turistlərin xərclədiyi vəsait 145 milyard dollardan yuxarı olub.

Dubai - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turistlərin ən çox pul xərclədiyi 10 şəhər

Araşdırmalara görə, müsəlmanlar daha çox Dubay, Kuala-Lumpur, İstanbul və Antalyanı seçirlər. Dünyada 350 halal otel var və bunlardan 160-ı Türkiyədə yerləşir. Hesablamalara görə, bu gün müsəlman turistlərin sayı 108 milyondur və 2020-ci ildə bu rəqəm 150 milyondan çox olacaq.

Azərbaycan son vaxtlar turizmin inkişafına çalışsa da, hələlik bizdə "halal turizm" yoxdur. Mütəxəssislərə görə, ölkədə bu turizm növü yaradılsa, müraciət edənlər olacaq, amma inkişafı sual altındadır.

Turizm eksperti Ramin Zamanovun sözlərinə görə, "halal turizm" İslam dininin tələblərinə uyğun restoran, hotel, iaşə və s. obyektlərin qurulmasıdır: "Halal turizm" bu gün müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə var və artır. Türkiyənin bəzi turizm mərkəzlərində belə otellər mövcuddur".

"Belə istirahət mərkəzlərində ilk növbədə məscid olur. Qadınların istirahət etdiyi ərazi ilə kişilərin istirahət etdiyi məkanlar ayrıdır. Yeməklər İslam dininə uyğun hazırlanır. Belə obyektlərdə spirtli içki, eləcə də İslam dininin qəbul etmədiyi heç nə olmur. Yəni insanlar ibadət etdikləri dinin tələblərinə tam uyğun yerdə istirahət edirlər" — Zamanov bildirib.

Qeyd edək ki, "halal turizm" Qətərdə, Malayziyada, bəzi ərəb ölkələrində və Türkiyədə geniş yayılıb. Zamanovun fikrincə, bu otellərdə qiymətlər həddən artıq baha olur: "Orada verilən qidalar xüsusi sifarişlə hazırlandığı üçün, ərzaq məhsulları İslam qaydalarına uyğun alındığı üçün, bu otellərdə istirahət digər otellərdən, təxminən 2 dəfə baha olur".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyevdən turizmlə bağlı vacib sərəncam

Ekspert bildirir ki, hələ dünyada "halal turizm" standartı yoxdur: "Yəni "halal" təyyarələr, "halal" turlar yoxdur, sadəcə "halal" otel və iaşə obyektləri var. Bunlardan bəziləri sadəcə "halal" sözündən istifadə edir. Yəni, sadəcə üzərinə "HalaL" yazmaqla dinə həddən artıq bağlanmış insanların hesabına pul qazanırlar".

Müsahibim "halal turizm"dən gələn gəliri hesablamağın asan olmadığını deyir: "Çünki bəzi ölkələrdə fəaliyyət göstərən otellər çox az saydadır. Ümumiyyətlə isə "halal turizm"in heç bir perspektivi yoxdur".

Zamanov bildirir ki, dünyada "dini turizm" deyilən bir başqa turizm də var ki, bu, halal turizmdən tamamilə fərqlidir: "Dini turizmlə səfər edənlər ildə bir dəfə müxtəlif müqəddəs şəhərlərə, İranın, İraqın şəhərlərinə səfər edirlər. Bu başqa dinlərdə də var. Məsələn dini məqsədlə Romaya, Qüdsə səfərlər təşkil edilir. Amma dediyimiz kimi bu dini turizmdir".

Turizm mütəxəssisin sözlərinə görə, Azərbaycanda "halal otel"lər yoxdur: "Bunun perspektivi də yoxdur. "Düzdür, "halal otel"lər yaratmağa cəhd edirlər. Təbii ki, onların da müştərisi olacaq. Amma geniş şəkildə inkişaf gözlənilmir. Bu işə sərmayə yatıranlar da dinə bağlı insanlar olur".

"Bu insanlar dinin bütün tələblərinə uyğun olaraq yaşayan insanlardır. Digər insanları "halal turizm"ə investisiya qoymağa məcbur etmək olmaz. Ümumiyyətlə "halal turizm"ə böyük tələbat yoxdur. Azərbaycanda "halal turizm"ə investisiyanı ancaq fərdi qaydada yatırmaq olar. Geniş şəkildə bu işə qoşulmaq böyük gəlir vəd etmir" — Zamanov əlavə edir.

Yeddi gözəl şəlaləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"

İlahiyyatçı Məmmədrəhim Mirzəyev isə bildirir ki, hazırda bir çox obyektlər müştəri cəlb etmək və qazanc əldə etmək məqsədilə bu ad altında işləyir. Onlar arasında düzgün işləyənlər çox azdır: "Azərbaycanda elə başa düşürlər ki, obyektdə içki verilmirsə, o, halaldır. Halallıq təkcə içki verilməməsi ilə olmur. Həm də dildə "halaldır" deməklə olmaz. Gərək bunu dəlillərlə də sübut edəsən".

"Ancaq onu deyə bilərəm ki, "halal" adı altında fəaliyyət göstərib, müştərini "halal" olduğuna inandırıb cəlb edən, əslində isə halallıqdan uzaq olan obyektlər böyük məsuliyyət daşıyır. Əgər bir insan İslamın bütün qaydaların riayət edib, "halal" olduğuna inandığı yerə gedib, aldanırsa, bunun da günahı obyekt sahibinindir" — Mirzəyev vurğulayır.

Xəbər lenti
0