Azərbaycana 17 sm hündürlüyündə qar yağıb

© Sputnik / Shahperi AbbasovaQar Qaxda nəqliyyatın hərəkətində çətinlik yaranıb
Qar Qaxda nəqliyyatın hərəkətində çətinlik yaranıb - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib

BAKI, 3 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub. Qar örtüyünün hündürülüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.

Xəbər lenti
0