BAKI, 2 oktyabr — Sputnik. Xəqani Sərxan oğlu Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Xəqani Abdullayev başqa işə keçməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması üçün müraciət edib.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.