BAKI, 2 oktyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Zap bölgəsinə havadan hərbi əməliyyat başladıb. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
"Əməliyyat PKK terror təşkilatının sığınacaqlarını və silah anbarlarını məhv etmək üçün keçirilir" — ordudan bildirilib.
Məlumata görə, gecədən başlayan bombardman nəticəsində onlarla terrorçu məhv edilib, sığınacaq və silah-sursat anbarları dağıdılıb.