BAKI, 2 oktyabr — Sputnik. Las-Veqasdakı musiqi festivalında 50 nəfərin ölümünə, 200-dən çox insanın yaralanmasına səbəb olan 64 yaşlı Stiven Paddok haqda yeni məlumatlar üzə çıxıb. Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, terrorçu Paddok indiyədək məhkumluq həyatı yaşamayıb. Üstəlik heç vaxt polis orqanlarının diqqətini çəkməyib.
Polisin verdiyi məlumata görə, Stiven Paddok auditordur və Las-Veqasa yaxın ərazidə yaşayıb.
Onun nə səbəbə hadisəni törətdiyi isə hələlik bilinmir.