SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyadan "Kataloniya" açıqlaması

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv şəkli
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Madrid hökumətinin icazəsi olmadan keçirilən referenduma ispan polisinin müdaxiləsi sərt olub

BAKI, 2 oktyabr — Sputnik. İspaniyanın Kataloniya Muxtar bölgəsindəki müstəqillik referendumu ilə bağlı Rusiyadan açıqlama gəlib. Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, açıqlamanı prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov verib. Peskov, referendumu və sonrasında baş verənləri "İspaniyanın daxili işi" adlandırıb.

"Moskva hesab edir ki, bu İspaniyanın daxili işidir. Polisin insanlara qarşı rəftarına gəlincə, biriləri hər zaman bizim polislərimizi qınayırdı. Deyəcək başqa sözüm yoxdur" — Peskov bildirib.

Qeyd edək ki, Madrid hökumətinin icazəsi olmadan keçirilən referenduma ispan polisinin müdaxiləsi sərt olub. 900 nəfər mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəbər lenti
0