SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili siyasi partiyalarla bağlı tədbir görülməsini tələb etdi

© Sputnik / Murad OrujovSiyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini
Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir"

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər və bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməli, "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməlidir. 

Almaniyada parlament seçkiləri - Sputnik Azərbaycan
Seçkilər hakim partiyanın qələbəsi ilə başa çatdı

Millət vəkili deyib ki, maliyyə hesabatlılığında şəffaflıq olmalıdır, qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir: "Həmin partiyalar maliyyənin mənbəyini göstərməlidirlər".

S.Novruzov Avropa Şurası ilə bağlı məsələyə də münasibət bildirib: "Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir. Bu ölkələrlə bağlı tədbir görülmür. Yalnız Azərbaycan və Türkiyə ilə bağlı məsələni qabardılarlar. Bu da onu göstərir ki, Azərbaycan müstəqil dövlətdir, heç bir "böyük qardaş"la hesablaşmır. Azərbaycana qarşı qaryaxma kampaniyasını aparanlar erməni lobbiləri tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır. Göstəriş vermək lazım deyil".

Xəbər lenti
0