BAKI, 2 oktyabr — Sputnik. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson, Kataloniyada baş verən hadisələrlə bağlı açıqlama verib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Conson, kataloniyalıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb: "Kataloniyadakı referendum İspaniya hökuməti və xalqının öz işidir. Əsas odur ki, etirazçılar İspaniya konstitusiyasına riayət etsin və qanunun aliliyi qorunsun".
Boris Conson, həmçinin qeyd edib ki, Britaniya İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir.