BAKI, 2 oktyabr — Sputnik. Bu gün sübh saatlarında, ABŞ-ın Las-Veqas şəhərindəki əyləncə mərkəzində atəş açan şəxs öldürülüb. Sputnik xəbər verir ki, məlumatı yerli polis orqanı yayıb.
İnsident nəticəsində, ən azı 50 nəfər öldürülüb, 100-dən çox insanın güllə yarası aldığı bildirilir. Polis qeyd edir ki, qətliamı 64 yaşlı yerli sakin Stiven Peddok (Stephen Paddock) həyata keçirib. Hələlik Peddokun atdığı addımın motivləri bəlli deyil.