CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda enerji içkilərinin satışı məhdudlaşdırılacaq

© Sputnik / Aleksey MalgavkoEnerji içkiləri
Enerji içkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Musa Quliyev: "Enerji içkilərinin üzərinə "18+" yazılmalıdır"

BAKI, 2 oktyabr — Sputnik. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da enerji içkilərinin satışı məhdudlaşdırılsın.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan kardioloqları da bununla bağlı həyəcan təbili çalırlar və uşaqların bu içkilərdən istifadə etməsi nəticəsində qəfil ölümlərin sayı artıb.

Millət vəkili söyləyib ki, enerji içkiləri yuxu, əsəb pozğunluğu ilə yanaşı qan-damar sistemlərində də problemlərə gətirib çıxarır: "Bu səbəbdən Norveç, Fransa kimi ölkələrdə bu cür içkilərin satışı qadağan edilib. Digər ölkələrdə isə enerji içkiləri yalnız 18 yaşdan yuxarı olan şəxslərə satılır. Bu baxımdan müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir ki, uşaqların bu içkilərə əlçatanlığı aşağı düşsün".

Onun fikrincə, enerji içkilərinin üzərinə "18+" yazılmalıdır: "Uşaqlara bu cür içkilər satılmamaldır. Bununla yanaşı, enerji içkilərin reklamına da qadağa qoyulmalıdır. Məktəblərin yaxınlığında bu içkilərin satışına imkan vermək olmaz".

Xəbər lenti
0