Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gələn ilə onlarsız qədəm qoya bilərik — potensial namizədlər var

© Sputnik / Murad OrujovBakıda bank binaları, arxiv şəkli
Bakıda bank binaları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda 30 bankın fəaliyyət göstərməsi iqtisadiyyat üçün ağır yükdür, bunların sayı 20-yə endirilməlidir"

BAKI, 2 oktyabr — Sputnik. "Hazırki vəziyyətdə Azərbaycanda 20 bankın fəaliyyəti daha optimaldır. Ölkədə devalvasiyalara qədər 40-dan çox bank fəaliyyət göstərib. Bunların sayı 30-ə qədər azaldılıb. Hazırda 30 bankın fəaliyyət göstərməsi iqtisadiyyat üçün ağır yükdür. Bunların sayı 20-yə endirilməlidir".

Əlində portfel tutmuş adam - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Banklar əl-ətəklərini rayonlardan çəkir, yeni ixtisarlar baş verə bilər

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda bankların sayının optimallaşdırılması siyasəti davam etdirilməlidir.

"Palata tərəfindən bankların optimallaşdırılması siyasəti başlanıb. Bu proses nəticəsində ölkədə bankların bir xeyli hissəsinin bağlanması, lisenziyalarının ləğv olunması prosesi həyata keçirilib. Lakin bununla belə, bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir. Çünki hazırda Azərbaycan iqtisadiyyatı üçün 30-a yaxın bankın olması çoxdur" — Məmmədov bildirib.

"Nəzərə alaq ki, bankların bir hissəsinin fəaliyyətinin əsasını uzun illər boyu, məhz istehlak kreditlərinin verilməsi təşkil edib. Bu da idxalın ölkə iqtisadiyyatında, əsasən də istehlak bazarında xüsusi çəkisinin yüksək olduğunu nəzərə alaraq, faktiki olaraq idxalın maliyyələşdirilməsi demək olub" — ekspert əlavə edib.

Professorun fikrincə, bank sektoru normal durumda iqtisadi proseslərin müsbət dinamikası zamanı real sektora xidmət etməlidir: "Yəni, bu, iqtisadi aksiomdur. Bank sektorunun ölkənin iqtisadi real sektoruna doğru istiqamətlənməsi aidiyyəti qurumların birbaşa məsuliyyət daşıdığı sahədir. Həmin qurumların siyasəti bu istiqamətə yönəlməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank növbəti ildə də bankların sayının optimallaşdırılması siyasətini davam etdirməlidir".

E. Məmmədovun sözlərinə görə, Azərbaycanda maliyyə sektorunda pul siyasəti həyata keçirilərkən dollarlaşmanın qarşısı alınmalıdır: "Kommersiya banklarının Mərkəzi Bankın maliyyə resurslarına daha münasib formatda çıxışı təmin olunmalıdır. Uçot dərəcəsi aşağı salınaraq real sektorun canlanmasına keçid baş verməlidir. Sərt pul-kredit siyasətinin tədricən real sektorun dəstəyinə yönəlmiş siyasətlə pul kütləsinin tədricən artırılması ilə müşahidə olunan siyasətə keçidin reallaşması tələb olunur".

Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müflisləşmiş bankların müştəriləri əmanətlərini geri ala bilməyəcəklər

"2016-cı ildə Azərbaycanda bankların bağlanması prosesi baş verib. 2017-ci ildə də bankların bağlanması gözlənilirdi, amma, hələ ki, bu, baş verməyib. Bu, o demək deyil ki, problem öz həllini tapıb. Mövcud problem dedikdə söhbət problemli kreditlərdən gedir".

Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, bankların işlək aktivlərinin bir hissəsi qeyri-işlək, zərərli aktivlərə çevrilib: "Aktivlər də zərərli olanda bankın pulu olmur, öhdəliyini yerinə yetirə bilmir. Bu baxımdan bəzi banklar vəziyyətdən çıxa biliblər".

"Amma hələ də banklar var ki, onların vəziyyəti ağır olaraq qalır. Ona görə "proses bitdi" fikrini demək tezdir. Yəni, bankların bağlanması mümkündür, gözlənilir. Gələn il nə qədər bankın bağlanacağını demək bir qədər çətindir. Çünki burada qərarı Maliyyə Bazarlarına Nəzarət Palatası verir. Elə banklar var ki, əslində onlar bağlanmalı idi, amma, bağlanmadı" — Əliyev vurğulayıb.

Ekspertin fikrincə, bu gün bankların kapitallaşması prosesi gedir: "Banklar kapitalını artırır. Palata həmin banklara vaxt verib. Öhdəsindən gələ bilsələr, qalacaqlar, əks təqdirdə bağlanacaqlar. Bəzi banklar problemlərini qismən həll edə bilib. Yəni, xarici tərəfdaşlar öz kapitalını artırıblar. Amma yenə də problem qalmaqdadır".

İqtisadçının fikrincə, hansı bankların bağlana biləcəyini demək, ən azından kommersiya baxımından düzgün deyil: "Onlar üçün çox böyük zərər ola bilər. Hazırda Azərbaycanda faktiki olaraq 3-4 bank potensial olaraq bağlanmağa namizəddir. Amma onların taleyini zaman göstərəcək".

Mərkəzi Bank, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank manatla bağlı qərar verdi

S. Əliyev düşünür ki, bankların sayının çox olması rəqabət yaradır: "Bazarda iştirakçı çoxdursa, bu, avtomatik olaraq rəqabət yaradır, müştəri cəlb etmək baxımından bank xidmətləri keyfiyyətinin artırılmasına gətirib çıxardır. Azərbaycanda bağlanmamışdan əvvəl 45 bank var idi, yəni, bankların sayı ölkəmizdə çox olub. Azərbaycan üçün 20-25 bankın olması kifayətdir. 2 dəfəyə qədər fərq olub".

"Buna baxmayaraq, bank xidmətlərinin keyfiyyətində ciddi bir rəqabət görməmişik. Məsələn, bank çoxdur, deməli ucuz kredit olmalıdır, amma bu, yoxdur. Yeganə olaraq əmanətlərdə bu proses baş verib. Bu baxımdan çox təəssüf ki, Azərbaycanda bankların çoxluğu rəqabət yarada bilməyib" — mütəxəssis bildirib.

"Banklar bazarda qalmaq üçün güclənməlidir. Onların güclənməsi üçün bazarı daha bir neçə bank tərk etməlidir. Düşünürəm ki, bundan sonra ən azı 4-5 bank bağlanmalıdır ki, bazar bir qədər özünə gəlsin. Bu, təbii prosesdir. Bu baxımdan, neftin qiymətində artım olmazsa, indiki səviyyədən bir qədər aşağı düşərsə, gələcəkdə bankların sayının azaldılması prosesi baş verəcək" – deyə iqtisadçı vurğulayıb.

Xəbər lenti
0