Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beş nəfər birini öldürdü, hərəyə 110 manat düşdü

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qətl törətməkdə şübhəli bilinən beş nəfəri saxlayıb

BAKI, 2 oktyabr — Sputnik. Bazar günü Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qətl törətməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.

Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 24-də Sumqayıtda Füzuli rayon sakini Amal Nadirli adlı şəxs qətlə yetirilib. O, naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb və ağır vəziyyətdə çatdırıldığı Bakıdakı Neyrocərrahiyyə Mərkəzində vəfat edib. 

Anar Allahverənov - Sputnik Azərbaycan
RUSİYA
Dünya çempionunun qətlilə bitən davanın yeni görüntüləri yayıldı: sən demə...

Araşdırma zamanı asayiş keşikçiləri şübhəli şəxslərin izinə düşüblər. Onlar Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərovdur. Şübhəlilərin beşi də saxlanılıb və istintaq orqanlarına təhvil verilib.

İlkin məlumatlara görə, sözügedən şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən Topaz bukmeker kontorunda işləyən Amal Nadirovla bağlı cinayət əlaqəsinə giriblər. Onlar Nadirova quldurcasına hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə onu güdmək qərarına gəliblər.

Sentyabrın 24-də Qurbanov mobil telefon vasitəsilə İbrahimova zəng edərək Nadirlinin obyektdən çıxıb taksi ilə getdiyini deyib. Quldurlar Babayevin avtomobili ilə onu təqib ediblər. 

Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Rusiyada azərbaycanlı biznesmen qətlə yetirildi

Sumqayıtda Nadirli taksidən düşərək avtobusa minib. Soyğunçular növbə ilə müxtəlif dayanacaqlarda həmin avtobusa miniblər. Nadirli avtobusdan düşüb bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edərək onu döyüb, ciblərini soyublar. Lakin qatillər ciddi şəkildə yanılıblar. Nadirlinin üzərində cəmi 550 manat pul var imiş.

Faktla bağlı istintaq davam edir.

Xəbər lenti
0