Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hansı müsəlman dövləti "dünya beşliyi"nə üzv olmaq gücünə sahibdir?

© REUTERS / Lucas JacksonBMT yığıncağı
BMT yığıncağı - Sputnik Azərbaycan
Abunə olmaq
"Beş daimi üzv dövlətin hər biri hesab edir ki, hazırkı struktur onun müstəsna imtiyazını təmin edən mexanizmdir"

BAKI, 1 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İstanbulda mərkəzinin olmasını təklif edib. Sputnik xəbər verir ki, Ərdoğan bu barədə BMT binasının qarşısında inşa ediləcək yeni "Türk Evi"-nin təməlatma mərasimindəki çıxışı zamanı deyib.

Видеомост Москва – Минск – Астана – Кишинев – Баку на тему Внешнеполитические приоритеты государств СНГ - Sputnik Azərbaycan
Abbasov: “BMT-də islahatların vaxtı yetişib”

"Bölgədə mərkəz rolunu üzərinə götürən İstanbul, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının da mərkəzi ola bilər" – prezident vurğulayıb.

Ərdoğan həmçinin deyib ki, BMT-in strukturunda dəyişikliklər edilməlidir: "Dünyanın 1 nömrəli təşkilatının dəyişən şərtlərlə ayaqlaşması üçün islahatlar aparmaq şərtdir. Misal üçün, bu ilki sessiyanın gündəmində islahat vardı, amma bu islahat yenə bizim başa düşdüyümüz mənada deyil. Əsas olan BMT-nin strukturunda aparılacaq islahatdır. Bu, olmadığı müddətdə, ədalətli BMT-dən söhbət gedə bilməz".

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Zərdüşt Əlizadə, BMT-nin strukturunda ciddi dəyişiklik gözləmədiyini bildirib: "BMT 2-ci Dünya Müharibəsindən sonra qalib dövlətlər tərəfindən yaradılıb və bu qaliblər özləri üçün xüsusi imtiyazlar əldə ediblər. Bu imtiyaz, Təhlükəsizlik Şurasındakı veto hüququdur".

"Beş daimi üzv dövlətin hər biri hesab edir ki, hazırkı struktur onun müstəsna imtiyazını təmin edən mexanizmdir. Ona görə də, dəyişiklik onların işinə yaramır" — politoloq bildirib.

Onun fikrincə, Qərb dövlətləri çox istəyərdi ki, Rusiyanın veto hüququ əlindən alınsın: "Amma bu, mümkündürmü? Əlbəttə, xeyr! Çünki mövcud qanuna görə, hər hansı dəyişiklik ümumi razılıq əsasında olmalıdır. Ümumi razılığın da şərtlərindən biri, daimi üzv dövlətlərin fikrinə baş vurmaqdır".

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

"Rusiya intihara razı olar? Yox! Beş dövlət veto zənciri ilə bir-birinə bağlıdır. Ona görə də, istənilən müzakirələr, yeniliklər razılaşdırıla bilər, amma veto hüququndan heç biri imtina etməz. Belə bir şey ola bilər ki, BMT Təhlükəsizlik Şurasına veto hüququ olmayan yeni və güclü, daimi üzv dövlətlər əlavə edilə bilər. Məsələn Almaniya, müsəlman dünyasından Türkiyə, Latın Amerikadan Braziliya, Afrikadan Cənubi Afrika Respublikası və sair" — Əlizadə qeyd edib.

Ekspert hesab edir ki, bu kimi yenilik ola bilər, ancaq başqa ciddi dəyişiklik mümkün deyil: "Çünki veto haqqı olan 5 daimi üzv dövlət bu imtiyazları qan tökərək əldə edib. Onlardan birinin razılığı olmadan hansısa ciddi islahat həyata keçirilsə, bu, artıq BMT-nin sonu deməkdir".

Politoloq, indiki mərhələdə hansısa müsəlman dövlətin veto hüququ alaraq daimi üzv seçilməsinin mümkünsüz olduğunu söyləyib: "Müsəlman dövlətlər hansı imtiyazla veto hüququna malik üzv kimi Təhlükəsizlik Şurasına seçiləcək? Ağıllarına görəmi, iqtisadi qüdrətinə, dövlətin gücünə görəmi? Hansı müsəlman dövlətin beynəlxalq aləmdə o qədər gücü var ki, veto hüququna da malik olsun? Yoxdur elə dövlət".

"Səudiyyə Ərəbistanı varlıdır, amma Orta Asiya səviyyəsindədir. Türkiyəni regionda baş verən hadisələrin təlatümü çalxalayır, sabit dövlət deyil. Son 40 ildə 4 dəfə dövlət çevrilişi olub. Yəni, bu kimi faktorlar dövlətin hörmətini də artırmır. Misir ümumiyyətlə pis gündədir. İndoneziya əhalisi ən çox olan müsəlman ölkəsidir, amma geridə qalıb. İran güclü dövlətdir, amma dünya tərəfindən təcrid olunub" — siyasi şərhçi vurğulayıb.

Zərdüşt Əlizadə, İstanbulun BMT-nin mərkəzi olması ideyasını isə belə şərh edib: "Belə bir şey mümkündür. İstanbul dünyanın həm coğrafi, həm də mədəniyyət mərkəzidir. Əlbəttə, olsa, yaxşı olardı. Amma ABŞ buna razı olmaz. Çünki baş ofisin Nyu-Yorkda olması amerikalılara yaxşı pul gətirir. Çünki bütün dünya ora yığışır, çoxlu pul xərcləyir, hotellər gəlir əldə edir və sair".

Xəbər lenti
0