CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranlılar ehtiyacı olanlar üçün qan verdilər

© Sputnik / Rahim MuradovLənkəranda Aşura günü ilə bağlı Qanvermə aksiyası
Lənkəranda Aşura günü ilə bağlı Qanvermə aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya axşam saatlarına kimi davam edəcək

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Lənkəranda Aşura günü ilə bağlı Qanvermə aksiyası keçirilir. Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən, aksiya Qafqaz Müsəlmanları İdarəsinin və Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Böyük bazar Məscidində keçirilir.

© Sputnik / Rahim MuradovLənkəranda Aşura günü ilə bağlı Qanvermə aksiyası
Lənkəranda Aşura günü ilə bağlı Qanvermə aksiyası - Sputnik Azərbaycan
1/4
Lənkəranda Aşura günü ilə bağlı Qanvermə aksiyası

2/4

3/4

4/4

Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin müdiri Telman Zülfüqarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, aksiya ötən gün səhər saatlarından başlayıb və bu gün saat 18:00-dək davam edəcək:

“Aksiyanın məqsədi hemofiliya və talassemiya xəstələri və digər qana ehtiyacı olanlara köməkdir. Bu saata kimi 100-dən yuxarı könüllü gəlib aksiyada iştirak edib ehtiyacı olanlar üçün qan verib və gələnlərin çoxu bir neçə ildir Aşura günü gəlib qan verir”.

Telman Zülfüqarov bildirdi ki, proses Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən həyata keçirilir.

Məlumat üçün bildirək ki, cənub bölgəsi üzrə 230 nəfərə yaxın hemofiliya və talassemiyalı xəstə qeydiyyatdadır və bunlardan 72 nəfəri Lənkəran sakinləridir.

Xəbər lenti
0