CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aşura günü münasibətilə 1000-ə yaxın insan qan verib

© Sputnik / Murad OrujovQanvermə aksiyası, arxiv şəkli
Qanvermə aksiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aşura günü münasibətilə Azərbaycanın məscid və ziyarətgahlarında 1000-ə yaxın insan qan verib

BAKI, 1 oktyabr — Sputnik. Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında 1000-ə yaxın insan qan verib.

Bu barədə "Report"a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva xəbər verib.

O, bildirib ki, insanlar qanvermə aksiyasında aktiv iştirak edir.

Z. Əlmirzəyevanın sözlərinə görə, əvvəlcə insanlarda hemoqlabinin səviyyəsi yoxlanılır. Əgər hemoqlabinin səviyyəsi qanverməyə uyğun olsa, qan götürülür. 

Yığılan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlara istifadə olunacaq. 

Xəbər lenti
0