BAKI, 30 sentyabr — Sputnik. Cənubi Koreya və ABŞ orduları Koreya yarımadasında birgə hərbi təlim keçirib. Hava hücumundan müdafiə üzrə birgə təlimlərin keçirilodiyi barədə xəbəri ABŞ-ın Sakit okean komandanlığı yayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hərbi təlimlərə Birləşmiş Ştatların 52-ci hava diviziyasının əsgərləri və Cənubi Koreya hərbçiləri cəlb olunub. Təlimin bir neçə gün davam edəcəyi açıqlanıb.