İspaniyanın Kataloniya bölgəsində gözlənilən oldu

© REUTERS / Jon NazcaBarselonada polis əməkdaşları
Barselonada polis əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
İspaniya mərkəzi hökuməti Kataloniyanın separatçı referendum keçirməsinə imkan verməyəcəyini açıqlayıb

BAKI, 30 sentyabr — Sputnik. İspaniyanın Kataloniya muxtar bölgəsində atışma olub. Atışma oktyabrın 1-nə planlaşdırılan referendumda seçicilərin səs verəcəyi seçki məntəqəsinin yaxınlığında olub.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı dörd nəfər yaralanıb. Məlumata görə, polis məntəqəyə möhür vurarkən Referendum Müdafiəsi Komitəsinin üzvləri onlara mane olmağa çalışıb. Silahlı qarşıdurma da elə bu zaman baş verib.

Yaralılar xəstəxanaya aparılıb, onların vəziyyətinin ağır olmadığı bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, İspaniya mərkəzi hökuməti Kataloniyanın separatçı referendum keçirməsinə imkan verməyəcəyini açıqlayıb.

Xəbər lenti
0