BAKI, 30 sentyabr — Sputnik. 2006-2010-cu illər arasında Türkiyənin özəl telekanallarından birində yayımlanan və ölkəmizdə izlənmə rekordları qıran "Yaprak Dökümü" teleserialında Ali Rza obrazını canlandıran Halil Ergün, səhhətində problemlər yaşadığını açıqlayıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən bildirir ki, 71 yaşlı aktyor yeriməkdə çətinlik çəkdiyini söyləyib.
"İçkini tərgitdim. Amma artıq çəki ucbatından yeriyə bilmirəm, çox çətinlik çəkirəm. Qidalanmağıma da diqqət edirəm. Çəkim 100 kilonu keçib. Daha sağlam olmaq istəyirəm" — Halil Ergün deyib.