Uşaq tapança ilə yoldaşlarını yaraladı

© AFP 2022 / JIM WATSON Офицер полиции США, архивное фото
Офицер полиции США, архивное фото - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Polis ehtimal edir ki, uşaq tapançanı yaşadığı evin qarşısında tapıb

BAKI, 29 sentyabr — Sputnik. ABŞ-ın Miçiqan ştatında azyaşlı uşaq tapançadan atəş açaraq iki yoldaşını yaralayıb. Sputnik Azərbaycan ABC-yə istinadən xəbər verir ki, hadisə bu gün səhərə yaxın, ştatın Dirborn şəhərində baş verib.

Yaralılar təcili xəstəxanaya yerləşdirilib. Polis ehtimal edir ki, uşaq tapançanı yaşadığı evin qarşısında tapıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0