Bakının məşhur supermarketlər şəbəkələrindən gözlənilməz qərar

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidВ торговом зале супермаркета "Кировский"
В торговом зале супермаркета Кировский - Sputnik Azərbaycan
Abunə olmaq
Supermarketlər şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verib

BAKI, 29 sentyabr — Sputnik. Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik tələbat malları ilə təminatını həyata keçirən supermarket şəbəkələri birləşmək barədə qərar qəbul edib. Belə ki, 2011-ci ildən fəaliyyətə başlayan "Araz" və 2008-ci ildən fəaliyyətdə olan "Favorit" supermarketlər şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verib.

Rahat market - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Rahat" market müştərilərin aldadılması xəbərinə reaksiya verdi

Bu barədə Sputnik Azərbaycan-a "Araz"ın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

"Dünya təcrübəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iqtisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur" — məlumatda bildirilir.

Xəbər lenti
0