BAKI, 29 sentyabr — Sputnik. Uqanda Milli Məclisində, indiyədək heç bir ölkənin parlamentində yaşanmayan əlbəyaxa dava düşüb. Sputnik Azərbaycan bu barədə "Daily Mail"-ə istinadən xəbər verir.
Məlumata görə, gərginliyə səbəb, 30 ildən çoxdur ki, hakimiyyətdə olan prezident Museveninin yenidən hakimiyyətdə qala bilməsi üçün qanunda dəyişiklik etməyə təşəbbüs göstərməsidir.
Artıq iki gündür ki, məclisdə əlbəyaxa dava ilə müşahidə olunan gərginlik davam edir. Hadisələr zamanı 25 müxalifət nümayəndəsi parlament zalından güc tətbiq edilərək çıxarılıb. Dava-dalaş nəticəsində 2 millət vəkili xəstəxanalıq olub.