Nigar Köçərli: “Bu sərgi bizim üçün çox gözəl bir təcrübədir”
“Biz sevinirik ki, 5-ci dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edirik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibəsi Nigar Köçərli deyib.
“Bu bizim kitabçılar üçün çox yaxşı bir fürsətdir. Getdikcə keçirilən sərginin səviyyəsi daha da artır. Sərgidə iştirak edən xarici ölkə nümayəndələrinin, iştirakçıların sayı da artır. Bu bizim üçün çox gözəl bir təcrübədir” — deyə o bildirib.
Sentyabrın 28-30-da Bakıda kitab yarmarkası keçirilir.