BAKI, 29 sentyabr — Sputnik. 30 sentyabr — 1 oktyabr tarixlərinə dolların məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, 29.09.2017-ci il tarixindən etibarən (30 sentyabr və 01 oktyabr tarixləri də daxil olmaqla) Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7002 manat səviyyəsində müəyyən olunub.
MB bu gün üçün də USD/AZN rəsmi məzənnəsini 1,7002 səviyyəsində müəyyən edib.
Maraqlıdır ki, qurum təcili olaraq (ənənəvi vaxtından, təxminən, 2 saat əvvəl) ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb. Qeyd edək ki, sabahın banklar üçün rəsmi iş günü elan edilməsi əhalidə devalvasiya olacağına dair narahatlıq yaratmışdı.