Türkiyəyə gəlmək istəyən amerikalılara xəbərdarlıq edildi

© AFP 2024 / Paul J. RichardsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu dövrdə Türkiyəyə səyahət etməyi diqqətlə düşünün"

BAKI, 29 sentyabr — Sputnik. ABŞ Dövlət Departamenti, Amerika vətəndaşlarını Türkiyəyə səfər edərkən diqqətli olmaları barədə xəbərdar edib. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən məlumat verir.

Polis xüsusi təyinatlısı İstanbulda keşik çəkir - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyədə dəhşətli terror aktının qarşısı alınıb

Departamentin müraciəti yazılı formada qurumun rəsmi saytında da yerləşdirilib. "ABŞ öz vətəndaşlarına tövsiyə edir ki, bu dövrdə Türkiyəyə səyahət etməyi diqqətlə düşünsünlər. Səfər edilsə belə, vətəndaşlarımıza Türkiyənin cənub-şərqinə getməməyi məsləhət görürük" — bəyanatda qeyd olunub.

ABŞ Dövlət Departamenti terror ehtimalı yüksək olan yerlərin siyahısını da sadalayıb. Burada əsas idman və ya mədəniyyət tədbirlərinin keçirildiyi salonlar, turizm obyektləri, restoranlar, gecə klubları, ticarət mərkəzləri, ibadət yerləri, metro, avtobuslar, körpülər və digər nəqliyyat vasitələri daxildir. Belə ərazilər terror riskinin yüksək olduğu məkanlar kimi göstərilib.

Xatırladaq ki, Birləşmiş Ştatlar bundan əvvəl də bir neçə dəfə oxşar xəbərdarlıqlar edərək vətəndaşlarını Türkiyəyə getmədən əvvəl düşünməyə çağırmışdı. Maraqlıdır ki, həmin xəbərdarlıqlar bir neçə gün sonra Türkiyədə terror aktları ilə müşayiət olunmuşdu.

Xəbər lenti
0