BAKI, 28 sentyabr — Sputnik. Artan geosiyasi risk, ABŞ-da vergi islahatı gözləntisi və FED-in dekabr ayında faiz artacağı gözləntisilə dünən Türkiyədə dolların məzənnəsi mərhələli olaraq 3.54-dən 3.58 səviyyəsinə yüksəlib.
Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, bu gün də Türkiyədə dolların məzənnəsi günə artım ilə başlayıb.
Belə ki, dolların məzənnəsi səhər saatlarında 3.60-a yaxınlaşdıqdan sonra 3.57-ə düşüb, avronun məzənnəsi isə 4.21 səviyyəsini aşaraq rekord qırıb.