Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dövlət xəstəxanaları pullu xidmətə keçir, siyahı hazırdır

© Sputnik / Murad OrujovЭльсевер Агаев, заместитель министра здравоохранения Азербайджана
Эльсевер Агаев, заместитель министра здравоохранения Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "Onların sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs statusu olmalı və xüsusi hesabları açılmalıdır"

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda yaxın gələcəkdə publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, ilk olaraq 70 müəssisənin bu statusu alması nəzərdə tutulub və sonradan onların sayı artırılacaq: "Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması mərhələli şəkildə həyata keçiriləcək".

"Ötən ildən başlayaraq ölkədə icabri tibbi sığortanın tətbiqinə başlanılıb. Pilot layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir. Həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir" — E. Ağayev bildirib.

"Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onların da sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs statusu olmalı və xüsusi hesabları açılmalıdır" — o, əlavə edib.

Xəbər lenti
0