CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəhşilərin basqınına məruz qalan rayonumuzda ilginc müdafiə taktikası

© Sputnik / Ilham MustafayevBağban Tahir Qurbanovun ixtira etdiyi qurğu
Bağban Tahir Qurbanovun ixtira etdiyi qurğu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda maraqlı yenilik: həm təbiətdən qoruyur, həm təbiətdəki yırtıcılardan

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov, bir neçə ildir ki, özünə məxsus pay torpağında üzüm bağı salıb. Tək olmasına baxmayaraq, etdiyi ixtiralar 1,5 ha-lıq təsərrüfatında onun köməyinə yetişir.

© Sputnik / Ilham MustafayevQazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov
Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov - Sputnik Azərbaycan
Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov

O, öz təsərrüfatında avtomatlaşdırılmış otbiçən və kükürdsəpəndən istifadə edir. Bağbanın maraqlı ixtiralarından biri də yetişmiş üzüm bağını quşlardan və yırtıcı heyvanlardan qorumaq üçün istifadə etdiyi səs qurğusudur.

© Sputnik / Ilham MustafayevTahir kişinin ixtira etdiyi qurğunun əsasında, yellənən zaman müxtəlif cür səslər çıxaran bu tənəkə qutular durur
Tahir kişinin ixtira etdiyi qurğunun əsasında, yellənən zaman müxtəlif cür səslər çıxaran bu tənəkə qutular durur - Sputnik Azərbaycan
Tahir kişinin ixtira etdiyi qurğunun əsasında, yellənən zaman müxtəlif cür səslər çıxaran bu tənəkə qutular durur

Sadə formalı, lakin çox səmərəli olan qurğunu düzəltməzdən əvvəl, bağban bütün sahəyə ip çəkərək onlardan müxtəlif növ tənəkə qutular asıb. Sahənin kənarında dayanaraq əli ilə ipləri işə salan Tahir kişi, onu əvəz edəcək avtomatlaşmış qurğu yaratmağı qərarlaşdırıb. Yararsız avtomobillərin üzərindən çıxmış iki şüşəsilən əldə edən bağban, onları dirəyə bərkidərək iplərin bir ucunu mühərrikə birləşdirib.

© Sputnik / Ilham MustafayevQurğunu işə salan mühərrik
Qurğunu işə salan mühərrik - Sputnik Azərbaycan
Qurğunu işə salan mühərrik

Akkumulyator vasitəsilə işə düşən qurğunun fasilələrlə işləməsi üçün isə ona tənzimləyici rele əlavə edib. Beləliklə, hər bir dəqiqədən bir avtomatik olaraq işə düşən qurğu vasitəsilə iplər dartılır və o, müxtəlif səslər çıxarır. Bu səsdən qorxan canlılar isə sahəyə girməyə cürət eləmir.

© Sputnik / Ilham MustafayevKustar üsulla düzəldilmiş qurğunun zahiri görünüşü bir az qəribə olsa da, praktik əhəmiyyəti böyükdür
Kustar üsulla düzəldilmiş qurğunun zahiri görünüşü bir az qəribə olsa da, praktik əhəmiyyəti böyükdür - Sputnik Azərbaycan
Kustar üsulla düzəldilmiş qurğunun zahiri görünüşü bir az qəribə olsa da, praktik əhəmiyyəti böyükdür

Artıq neçə ildir bu qurğudan istifadə edən T. Qurbanov, Sputnik Azərbaycan-a onun səmərəliliyi haqda danışıb: "Məhsul yetişəndə quşlar və çaqqallar məhsula divan tuturdu. Ziyanvericilərin qarşısını almaqla maraqlandıqda, mənə Türkiyə istehsalı olan qurğu almağı məsləhət gördülər. Aldım gətirib, bir il ondan istifadə elədim".

© Sputnik / Ilham MustafayevBağbanın ixtira etdiyi qurğu məhsuldarlığa çox müsbət təsir göstərib
Bağbanın ixtira etdiyi qurğu məhsuldarlığa çox müsbət təsir göstərib - Sputnik Azərbaycan
Bağbanın ixtira etdiyi qurğu məhsuldarlığa çox müsbət təsir göstərib

"Partlayış səsi ilə ziyanvericilərdə qorxu yaradan bu qurğu, sahənin yaşayış evlərinə yaxınlığı səbəbindən qonşularda da narahatlığa səbəb olurdu. Eyni zamanda, səsə öyrəşən canlılarda da ona qarşı alışqanlıq yaradırdı və yenə sahələrə hücum edirdilər" — fermer danışır.

© Sputnik / Ilham MustafayevÜzüm salxımları
Üzüm salxımları - Sputnik Azərbaycan
Üzüm salxımları

Və o, vəziyyətdən çıxış yolunu özü qurğu hazırlamaqda görür: "Nəticədə öz qurğumu hazırladım. Mənim düzəltdiyim bu qurğuda isə müxtəlif növ qutular asıldığından, çox qarışıq səslər çıxarır və buna qarşı canlılarda öyrəncəlik yaranmır, həm də narahatlığa səbəb olan səs də çıxarmır".

© Sputnik / Ilham MustafayevTahir Qurbanovun kustar üsulla hazırladığı soyuducu
Tahir Qurbanovun kustar üsulla hazırladığı soyuducu  - Sputnik Azərbaycan
Tahir Qurbanovun kustar üsulla hazırladığı soyuducu

Təsərrüfatçının səmərələşdirici ixtiraları bununla bitmir. O, məhsulu qışadək xarab olmadan saxlamaq üçün, həyətində kustar üsulla soyuducu da hazırlayıb. Bunun üçün xüsusi, pəncərəsiz bina tikən sənətkar, soyutmaq üçün tikiliyə iki kondisioner birləşdirib.

Buna təsərrüfatçının bəzən məhsulunu satmaqda çətinlik çəkməsi səbəb olub. O, artıq, becərdiyi məhsulu soyuducuya yığır, tələbat artdıqda isə satışa çıxarır.

Xəbər lenti
0