Əli Hacızadə: “Bu ərazi iqtisadi cəhətdən qonşularından asılıdır”
"Qondarma Kürdüstanın beynəlxalq hüququn bir subyekti olmasına inanmıram". Bunu Sputnik Azərbaycan-a açıqlamasında “The Great Middle East” layihəsinin rəhbəri, politoloq Əli Hacızadə deyib.
“Yaxın 10 ildə bu baş verməyəcək. Vacib məqam odur ki, bu ərazi iqtisadi cəhətdən qonşularından asılıdır. Mən hesab etmirəm ki, hansısa iri dövlət bu yaxın müddətdə onların “müstəqilliyini” tanıyacaq” — deyə o bildirib.