Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır.
Qızıl ehtiyatı ölkənin strateji valyuta ehtiyatlarına daxildir.
1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası müxtəlif dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. İş ondadır ki, dünyadakı iqtisadi vəziyyətin dəyişməsindən asılı olaraq ölkələrin qızıl ehtiyatları da dəyişir. Hərdən bu dəyişiklik kəskin xarakter daşıya bilir.
Sputnik Azərbaycan dünya ölkələrinin qızıl ehtiyatları barədə infoqrafika hazırlayıb.