BAKI, 28 sentyabr — Sputnik. Türkiyənin "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Almaniya hökumətindən həmçinin jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub.
Qeyd edək ki, bundan əvvəl Diyarbakır Prokurorluğu Can Dündar barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarıb. O, PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.