Fikrət Sadıxov: “Müəyyən qüvvələr regionda qeyri-stabil vəziyyətin olmasında maraqlıdır”
İradın şimalında müstəqil kürd dövlətinin yaradılması üçün keçirilən referendum yaxın şərq regionunda gərginliyi daha da artırıb.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, kürd dövlətinin elan edilməsi ilə yaradılması arasında böyük fərq var: “Bu o demək deyil ki, belə bir dövlət beynəlxalq münasibətlər sistemində iştirak edəcək. Bu dövlətin yaranmasında müəyyən qüvvələr maraqlıdır. Kürdüstanın nefti Türkiyə ərazisindən keçməyəcəksə, onlar boğulacaqlar”.