BAKI, 27 sentyabr — Sputnik. Adanada özünü estetik cərrah kimi tanıdan şəxsə dodaqlarını əməliyyat etdirən Güllü Sel sonradan dodaqlarına inşaat işlərində istifadə edilən silikonun doldurulduğunu öyrənib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada yaşayan Güllü Sel dodaqlarının gündən-günə bərkidiyindən narahat olub və dodağına vurdurduğu maddəni çıxarmaq qərarına gəlib. Ancaq bir neçə həkimə müraciət etsə də, həkimlər qadını silikonlarını çıxarmaqdan imtina ediblər.
Sonradan yaxın rəfiqəsinin yardımı ilə İstanbula gələn qadın burada yeni bir həkimlə görüşüb. Həkim dodaqlarını müayinə etdikdən sonra qadına bildirib ki, dodaqalrına inşaat işləri zamanı istifadə edilən silikon vurulub: "Həkim bildirdi ki, dodaqalrım tamamilə boşaldılmalı və yerinə silikon vurulmalıdır. Çünki dodağıma əvvəlcə vurulan maddə sağlamlıq üçün zərərli bir maddədir. Həkimlər bu əməliyyata görə məndən 8 min Tl (4500 manat) pul istəyir. Bununla yanaşı dodağımın içi tamamilə sıradan çıxdığı üçün ömürboyu silikonla gəzməli olacağam".