Okeanın o tayından Azərbaycana təşəkkür ünvanlandı

CC BY 2.0 / Carlos Álvarez / Ciudad de MéxicoЦентральная улица Мехико – Пасео-де-ла-Реформа
Центральная улица Мехико – Пасео-де-ла-Реформа - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu çətin məqamlarda iki ölkə və iki xalq arasında olan dostluq əlaqələri bir-birinə daha yaxın hiss olunur"

BAKI, 27 sentyabr — Sputnik. Son həftələr ərzində Meksika yüksək bal gücündə olan zəlzələlərlə üzləşdi. Rixter şkalası ilə 7 baldan artıq gücə malik iki zəlzələ 12 gün ərzində Meksikanı silkələdi.

Donald Tramp - Sputnik Azərbaycan
ABŞ Meksikaya hərbi müdaxilə edə bilər

Meksikanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 7-də baş verən ilk zəlzələ nəticəsində ölkənin şimal-qərb hissəsində yüzə qədər insan həlak olub, minlərlə insan xəsarət alıb. Sentyabrın 19-da olan zəlzələnin isə 320 nəfər qurbanı olub, ölkəyə külli miqdarda maddi ziyan dəyib.

Məlumatda bildirilir ki, baş verənlərin qarşısında beynəlxalq ictimaiyyət Meksikaya öz dəstəyini nümayiş etdirib: "Əsasən də BMT-nin Baş Assambleyasının 72-ci sessiyası zamanı. Bütün dünyanın dövlət və hökümət başçıları sentyabrın 19-da baş verən zəlzələnin fəsadlarına görə Meksika höküməti və xalqı ilə həmrəyliyini nümayiş etdirdilər. Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nietoya ünvanlanan, səfirliyə təqdim olunan müxtəlif məktublar vasitəsilə aldığımız diqqətə görə ən dərin təşəkkürümüzü bildiririk".

Səfirlik Meksika xalqı adından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ünvanlanmış, Azərbaycan xalqı adından çoxsaylı insan tələfatından kədəri ifadə edən və yaralananlara şəfa diləyən başsağlığı məktublarına görə xüsusi minnətdarlığını ifadə edir: "Bu çətin məqamlarda iki ölkə və iki xalq arasında olan dostluq əlaqələri bir-birinə daha yaxın hiss olunur".

Əlavə olunub ki, bu məqama qədər Meksika 23 dövlətdən, eyni zamanda BMT və Avropa Birliyindən texniki və material yardımı almışdı: "Ümumilikdə, tonlarla humanitar yardım və avadanlıqdan savayı, 501 nəfər insanın, xüsusi təlim keçmiş itlərdən ibarət 32 qrupun göndərilməsini də diqqətə çatdırmalıyıq".

Xəbər lenti
0