BAKI, 27 sentyabr — Sputnik. "Azərbaycan turizminin xarakteri dəyişir". Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Beynəlxalq Turizm Gününə həsr olunmuş videokörpüdə, marketinq üzrə menecer Cəmilə Talıbzadə belə deyib.
O bildirib ki, Azərbaycan turizmi dinamikdir və buraya axın böyükdür: "Lakin işlər davam edir. Biz Azərbaycanı bütün dünyaya açırıq. Bizim turizm lüks turizmdən qənaətli turizmə çevrilir".
"Yeni hostellər açılır. Biz Avropa turizm kompaniyaları ilə çalışırıq. Oktyabrın 2-də İsraildən Bakıya birbaşa aviareys açılacaq. Bu, İsraildəki turistlərin də Bakıya gəlməsinə səbəb olacaq" — o, əlavə edib.