Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İraqda tapılan azərbaycanlı körpənin nənəsi danışdı

Abunə olmaq
Balaca Xədicənin nənəsi olduğunu iddia edən qadın Sputnik Azərbaycan-a üz tutdu

Xatırladaq ki, RT telekanalının əməkdaşları bir müddət öncə Bağdaddakı sığınacaqda iki yaşlı Xədicə və üç yaşlı Abdullanı çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma Abdullanın danışığından da aydın görünür ki, onlar azərbaycanlı uşaqlardır.

Bu günlərdə redaksiyamıza kiçik Xədicənin nənəsi olduğunu iddia edən xanım da müraciət edib. Onu redaksiyaya dəvət etdik. Vahidə xanım, qızının, onun ailəsinin şəkillərini də gətirmişdi. O, ümid edir ki, balaca Xədicə onun nəvəsi ola bilər. Olmasa da, bəlkə qızı (əgər sağdırsa) onun səsini eşidər, narahat olduğundan xəbər tutar. Vahidə xanımın dediyinə görə, Xədicə Azərbaycandan kənarda doğulduğu üçün onu ancaq göndərilən şəkillərdə görüblər.

Nuriyeva balaca Xədicənin onun nəvəsi olduğuna əmindir və tezliklə ona qovuşacağı günü gözləyir.

Xəbər lenti
0