Dollarla bağlı bu qədəri gözlənilmirdi

CC0 / artbaggage / DollarsДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Banklar arasında dollar bahalaşdı

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) dolların rəsmi məzənnəsini aşağı salsa da, banklararası ticarətdə dollar gözlənilmədiyi halda, bahalaşıb. Fins.az xəbər verir ki, sentyabr ayının 27-də "Bloomberg" terminalında dollar 0,11% dəyər qazanaraq 1.6980 manata yüksəlib.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6961 manat məzənnəsi ilə yekunlaşmışdı.

Bildirək ki, sentyabrın 27-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, sentyabrın 26-i ilə müqayisədə 1,7008-dən 1,7002 manata düşüb.

Xəbər lenti
0