Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhəri daha bir dəhşətli xəbərlə açdıq

© Sputnik / Evghenii PanasencoБольница
Больница - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində bir qadın ölüb, digərinin isə vəziyyəti ağırdır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Bu gün səhər saatlarında Lənkəran-Lerik magistral yolunda iki avtomobil toqquşub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, avtomobil qəzası Lənkəran rayonunun Qurunba kəndi ərazində baş verib.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Britaniyalının sürət həvəsi 7 nəfər şəkili və qaxlının ölümünə səbəb oldu

"VAZ-2106" markalı minik avtomobili ilə "Volga Gaz-24" markalı minik avtomobilinin toqquşması nəticəsində, avtomobillərdə olan Lənkəranın Narbağı kənd sakini Qızılgül Məmmədova hadisə yerində ölüb, Gülşən Şirinova isə xəsarət alıb.

Hadisə yerində keçinən Qızılgül Məmmədovanın meyiti Lənkəran morquna aparılıb, xəsarət alan Gülşən Şirinova isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata əsasən, G. Şirinovanın vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.

Xəbər lenti
0