BAKI, 27 sentyabr — Sputnik. Hava şəraiti ilə əlaqədar yollarda sürət həddi azaldılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib.
O bildirib ki, faktiki hava şəraiti ilə əlaqədar hava limanı istiqamətindəki magistral yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ağayev sürücülərə yolda müəyyən edilən sürət həddini nəzərə almağı və diqqətli olmağı tövsiyə edir.