Ölkəmizə 104 əcnəbi şirkətin nümayəndələri gəlib

© Sputnik / Murad OrujovBaku Expo Centre, выставка ADEX 2016
Baku Expo Centre, выставка ADEX 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Sərgidə 19 ölkədən 104 şirkət iştirak edəcək

BAKI, 27 sentyabr — Sputnik. 28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Esteteik Tibb sərgiləri keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu gün həmin sərgilərin açılışına həsr edilmiş mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən "İteca Caspian" şirkətinin rəhbəri Fərid Məmmədovun sözlərinə görə, sərgi sabah saat 11-də Bakı Ekspo Mərkəzdə keçiriləcək. Açılış mərasimində Səhiyyə Nazirliyinin, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

© Sputnik / Irade JELILSərgilərin açılışına həsr edilmiş mətbuat konfransı
Sərgilərin açılışına həsr edilmiş mətbuat konfransı - Sputnik Azərbaycan
Sərgilərin açılışına həsr edilmiş mətbuat konfransı

Mətbuat nümayəndələri üçün sərginin açılış günündə, saat 10.00-da "Koroğlu" metrostansiyasından Bakı Ekspo Mərkəzinə, saat 15.00-da isə Bakı Ekspo Mərkəzdən "Koroğlu" metrostansiyasına xüsusi ödənişsiz avtobuslar təşkil ediləcək. Avtobuslara buraxılış jurnalist vəsiqəsini təqdim etməklə həyata keçiriləcək.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin əməkdaşı Esmira Əkbərovanın sözlərinə görə, sərgidə 19 ölkədən 104 şirkət iştirak edəcək.

Xəbər lenti
0