BAKI, 27 sentyabr — Sputnik. 27 sentyabr 1970-ci ildə Dünya Turizm Təşkilatının nizamnamələrinin qəbul edilməsi beynəlxalq turizm tarixində mühüm hadisədir. Meksikanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu hadisəni qeyd etmək üçün səfirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş və Qız Qalası meydanında bu gün keçirilmiş ¨Beynəlxalq Turizm Günü¨ festivalında iştirak edib. Gün ərzində ölkənin turistik imkanları, Azərbaycan xalqı ilə əlaqələr, eləcə də ticarətlə əlaqəli olan ümumi marağa səbəb olan digər göstəricilər haqqında geniş məlumat verilib. Həmçinin, festival ziyarətçilərinin milli adət-ənənələrə yaxınlaşma, əl işləri nümunələrini görmə və məşhur Meksika ¨kesadiyyas¨larını dadma imkanları olub.
Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 2017-ci il İnkişaf üçün Dayanıqlı Turizmin Beynəlxalq İli elan edilib. Bununla əlaqədar, Meksika ölkənin endemik növləri və təbii qoruqlarının saxlanması və qorunmasını öhdəsinə götürmüşdür. Hər ikisi bizim tarix boyu turistləri geniş şəkildə özlərinə cəlb ediblər. Turistlərin böyük marağına səbəb olan digər yerlər ispanlardan əvvəl mədəniyyətə aid olan qədim dağıntılar, müstəmləkə şəhərləri, və əlbəttə ki, əsrarəngiz çimərliklərdir.
Meksikanın turizmi onun xalqı üçün ən mühüm iqtisadi fəaliyyətlərdən biridir. Meksika beynəlxalq turistərin sayına görə (cari il üzrə 35,7 milyon ziyarətçi) dünyada səkkizinci yerdədir. Latın Amerikası ölkələri daxilində isə əcnəbilər üçün birinci istirahət ünvanıdır. Bundan başqa, əcnəbi turislərin sayına görə Amerika qitəsində turizm bazarının 17.25 %-ni əhatə edir, və 45 % sahilyanı ərazilərdə inkişaf etdirilir. Beləliklə, bu iqtisadi fəaliyyət milli ÜDM-un 8.2 % —ni təşkil edir.