Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Quluzadə: “Bu il Azərbaycanın turizm sektorunda müsbət dinamika müşahidə edilib”

© Sputnik / Murad OrujovMilli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyir ki, turizm industriyası 2020-ci ilə qədər ölkəyə 4 milyon yarım turist cəlb etməlidir

Kənan Quluzadə: “Turizmin inkişafı yeni iş yerlərinin açılması deməkdir”
"Azərbaycana gələn turistlərin sayında 23 faiz artım var". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. 

“İlin sonuna qədər Azərbaycana 2 milyon 600 min turistin gəlməsi gözlənilir. Bu rəqəm növbəti illərdə daha da artacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən turizm industriyası 2020-ci ilə qədər ölkəyə 4 milyon yarım turist cəlb etməlidir. Ölkəmizin infrastrukturu buna hazırdır” — deyə o bildirib.

Xəbər lenti
0