BAKI, 26 sentyabr — Sputnik. Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq
Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 27-də Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı — 2017" birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.