Fariz Quliyev: “Qimyət artımını müsbət hal kimi qəbul etmək lazımdır”
Dünya birjalarında neft sürətlə bahalaşır.
İqtisadçı ekspert Fariz Quliyev Sputnik Azərbaycan-a deyir ki, neftin qiymətinin artması neftlə bağlı olan sahələrdə aktivliyin artmasına gətirib çıxaracaq: “Həmçinin, məşğulluğun və dövlət gəlirlərinin artmasına səbəb olacaq. Qiymət artımı ölkə daxilində neft-qaz, neft-kimya, kənd təsərrüfatında öz təsirini göstərməlidir”.