Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metroda partlayış oldu, yaralananlar var

© REUTERS / Darren StaplesLondon polisi
London polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı ən az 5 nəfərin yüngül xəsarətlər aldığı deyilir

BAKI, 26 sentyabr — Sputnik. İngiltərənin paytaxtı Londonda "Tower Hill" metro stansiyasında partlayış baş verib.

APA-nın verdiyi xəbərə görə, partlayış böyük təşvişə səbəb olub.

Sərnişinlər evakuasiya edilib.

Hadisə zamanı ən az 5 nəfərin yüngül xəsarətlər aldığı deyilir.

Metro polisinin verdiyi məlumata görə, partlayışın terrorla əlaqəsi yoxdur. Hadisəyə elektron siqaret səbəb olub.

Xəbər lenti
0