BAKI, 26 sentyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7008 manatdır.