SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İspaniyadan "Kürdüstan"a maraqlı telefon zəngi

© AFP 2024 / Josep LAGOİspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon
İspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır

BAKI, 26 sentyabr — Sputnik. İspaniya hökumətinin təzyiqlərinə baxmayaraq, oktyabrın 1-də müstəqillik referendumu keçirməyə hazırlaşan İspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon, İraqın şimalındakı Kürdüstan Muxtar vilayətinin rəhbəri Məsud Bərzaniyə zəng vuraraq təbrik edib. O, bu barədə özünün "Twitter" hesabında yazıb.

​"Mən cənab Bərzanini uğurlu referendum nəticəsinə görə təbrik elədim. Biz qarşılıqlı olaraq bir-birimizə uğurlar arzuladıq" — Puçdemon qeyd edib.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir.

İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.

Xəbər lenti
0